Dünya

İlk iş günü 250 minlik tabloya göz çəkdi, cinayət işi açıldı - FOTOlar

10 Fevral 2022 19:48
0 Şərh     Baxış: 1 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Yekaterinburqd şəhərində yerləşən Yeltsin Mərkəzində rəsm əsərlərindən birinə ziyan dəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rəssam Kazimir Maleviç tələbəsi Anna Leporskayanın "Üç fiqur" tablosuna mərkəzin mühafizə xidmətində fəaliyyət göstərən əməkdaş qələmlə göz çəkib.

Tretyakov Qalereyasının Bərpa Şurası dəyən ziyanı 250 min rubl qiymətləndirib.

Rus mediyasında yer alan məlumatlara görə, sözügedən şəxsin 60 yaşı var. Onun kimli açıqlanmır. Hadisənin yaşandığı tarix mühafizəçinin ilk iş günü olub. Bundan sonra o, mərkəzi tərk edib. Onun bunu ürəyi sıxıldığı üçün etdiyi bildirilib.

Məsələ ilə əlaqədar vandalizm maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. Mərkəzdə əsərlərə baxan iki ziyarətçi şəkildə dəyişikliyi hiss edib və rəhbərliyə məlumat verib. Bundan sonra şəkil sərgidən çıxarılaraq Tretyakov qalereyasına qaytarılıb. Tablo bərpa edildikdən sonra yenidən mərkəzdə ziyarətçilərin ixtiyarına veriləcək.

Fotoda: "Üç fiqur" adlı tablonun əsli

Fotoda: Əsərə qələmlə göz çəkildikdən sonrakı halı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.