Dünya

ABŞ Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir

7 Fevral 2022 22:40
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ administrasiyası Konqreslə Ukraynaya hərbi yardımın artırılması üzərində işləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

"Biz Konqreslə, tərəfdaş və müttəfiqlərimizlə birgə Ukraynanın özünü müdafiə etməsinə yardım üçün köməyi hiss ediləcək qədər artırmaq üzərində işləyirik", deyə Blinken qeyd edib.

Dövlət katibi xatırladıb ki, ABŞ ötən il Ukraynaya 650 milyon dollarlıq yardım ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.