Dünya

ABŞ-da minlərlə aviareys təxirə salınıb

29 Yanvar 2022 20:43
2 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün ABŞ-da 3500-dən çox təyyarə reys ləğv edilib.

APA ölkənin Monitorinq xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, 80 000-dən çox sakin elektriksiz qalıb.

Güclü qar, küləklə müşahidə edilən şaxta əsasən 50 milyon amerikalının məskunlaşdığı Cənubi və Şimali Karolina bölgəsində meydana gəlib. Əlverişsiz hava şəraiti Atlantik okeanı sahilləri ilə şimala - Delaver, Nyu-Cersi və Nyu-Yorkdan keçərək Yeni İngiltərə ştatlarına doğru irəliləyir.

Vaşinqtonda isə ötən axşam qar yağıb, temperatur aşağı düşüb və güclü külək əsib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.