Dünya

Baş nazirin sosial şəbəkə hesabını sındırdılar: Günahkar çinli xakerlərdir

24 Yanvar 2022 16:56
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakerlər Avstraliya baş naziri "Scott Morrisonun" "WeChat" səhifəsini sındırıblar.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, baş vermiş hadisə rəsmi Kanberranın Çini "xarici müdaxilədə" ittiham etməsinə səbəb olub.

Qeyd olunur ki, hakerlər hesabın adını "Australian Chinese New Life" adlandırıblar və onun məzmununu " Çin icması üçün Avstraliyada həyat haqqında məlumatların verilməsi" kimi təqdim ediblər. Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komissiyasının sədri Ceyms Paterson bunun Çin hakimiyyətinin işi olduğuna əmin olduğunu bildirib.

Parlamentarinin sözlərinə görə, "WeChat" platformasından xaricdə yaşayan çinlilərə casusluq etmək üçün istifadə edilib.

"Düşünürəm ki, burada Çin hökumətinin hərəkətləri olduğu çox aydındır. Bu, seçki ilində demokratiyamıza təsirli xarici müdaxilədir", -deyə Paterson müsahibəsində deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.