Dünya

Özbəkistanda COVID-19-la bağlı yeni məhdudiyyətlər tətbiq olunur

21 Yanvar 2022 21:35
0 Şərh     Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanda COVID-19-a yoluxma sayının artması ilə bağlı yanvarın 24-dən ölkənin orta və ali məktəbləri, liseylər və qeyri-dövlət təhsil müəssisələri bir ay müddətinə onlayn formata keçir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni məhdudiyyətlər həm də yeniyetmələr və gənclər arasında "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur.

Xatırladaq ki, Özbəkistan təhsil müəssisələrinin qış tətili yanvarın 11-də başa çatmalı idi. Lakin epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi qış tətilini yanvarın 24-dək uzadıb.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində pandemiya dövründə ən yüksək yoluxma sayı qeydə alınıb - 1 325 hal. Pandemiya dövründə yoluxanların ümumi sayı 210 min 899, ölənlərin sayı isə 1532 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.