ABŞ-ın Arkanzas ştatında dörd məhbus COVID-19-u müalicə adı ilə onların üzərində tibbi təcrübələr aparıldığını deyərək həbsxana rəhbərliyini və yerli həkimi məhkəməyə veriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkumlar cəzaçəkmə müəssisəsini onlara vurulan qurd əleyhinə "ivermektin" preparatının tərkibi və potensial əks təsirləri barədə əvvəlcədən məlumatlandırılmamaqda ittiham edirlər.
İddialarında onlar ABŞ Qida və Dərman Administrasiyasının (FDA), həmçinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) də istinad edərək, bu dərmanın istifadəsinin COVID-19-un müalicəsində səmərəsiz olduğunu vurğulayıblar.
Nəşrin məlumatına görə, ən azı daha 250 məhbus bu dərmanı qəbul edib.
Milli.Az