Dünya

İsrail peyvənd edilmiş turistlər üçün sərhədləri açdı

10 Yanvar 2022 21:30
0 Şərh     Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

The Times of Israel xəbər verir ki, İsrail bazar günü epidemioloji vəziyyətə görə ölkəyə girişi qadağan edilən ölkələrin siyahısını ləğv edərək, hər hansı COVID-19 koronavirus peyvəndi ilə peyvənd olunmuş turistlər üçün sərhədlərini açıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, İsrailə səfər etmək üçün hər hansı bir ölkədən olan peyvənd edilmiş turist yola düşməzdən əvvəl COVID-19 testi, sonra Ben Qurion Beynəlxalq Hava Limanına çatdıqdan sonra başqa bir test etməlidir. Mənfi nəticə almadan əvvəl turist 24 saat karantində olmalıdır. Peyvənd olunmayan turistlər daxil ola bilməz.

Hazırda İsraildə 115 min insan koronavirusa yoluxub, omikron ştammı aktiv şəkildə yayılır. Bununla belə, ekspertlər belə nəticəyə gəliblər ki, xəstəliyin ağır halları Delta ştammı ilə yoluxma nəticəsində baş verir.

Ümumilikdə pandemiya dövründə ölkədə 1,5 milyona yaxın insan bu xəstəliyə yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.