Dünya

Tatarıstanda yol qəzasında 4 gənc öldü

8 Yanvar 2022 09:00
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 7-də Tatarıstanın Almetyevsk vilayətinin ərazisindən keçən Kazan-Orenburq yolunun 219-cu km-də 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "KİA Rio" markalı avtomobillə "Volkswagen Tiguan" markalı avtomobil toqquşub.

"KİA Rio" markalı avtomobilin sürücüsü qarşıdakı nəqliyyat vasitəsini keçərkən qarşıdakı zolağa çıxıb. Lakin sürücü idarəetməni itirərək "Volkswagen Tiguan"la toqquşub. "KİA"-da olanların hamısı - sürücü və üç sərnişin yerindəcə dünyasını dəyişib.

Almetyevski Rayon İstintaq İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.