Dünya

ÜST: Omikron ştamı koronavirusun yüngül forması deyil

7 Yanvar 2022 22:15
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər ki, koronovirusun yeni ştamı olan Omikron "yüngül" kateqoriyasına aid deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspertlərin fikrincə, Omikronun Delta ştamı ilə müqayisədə az ağır hesab edilməsinə baxmayaraq, bu heç də onun koronovirusun yüngül forması olduğu anlamına gəlmir. Digər variantlar kimi, Omikron insanları xəstəxanaya salır və öldürür. Koronovirus "sunamisi" o qədər böyük və sürətlidir ki, dünya üzrə bütün səhiyyə sistemlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının bu gün saat 17:00 radələrinə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 301 milyon nəfəri ötüb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 492 min nəfərə, sağalanların sayı isə 257 milyon 712 min nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.