Dünya

Ərdoğan Tokayevə ZƏNG ETDİ: “Türkiyə lazım gələrsə...”

6 Yanvar 2022 19:40
0 Şərh     Baxış: 2 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevlə telefon danışığı olub.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. 

Ərdoğan Tokayevlə telefon danışığı zamanı Qazaxıstanda baş verənləri yaxından izlədiyini bildirib, hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Türkiyənin Qazaxıstanla həmrəy olduğunu ifadə edən Ərdoğan, Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb.

Yeni hökumətin ən qısa zamanda qurulacağına və gərginliyin qısa zamanda sona çatacağına ümid etdiyini ifadə edən Ərdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib.

Ərdoğan Türkiyənin lazım gələrsə, Qazaxıstanla hər cür texniki bilik və təcrübəni paylaşmağa hazır olduğunu qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.