Dünya

Mitsotakis pandemiyanın Omicronla bitəcəyini bildirdi

2 Yanvar 2022 11:16
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mümkündür ki, Omicron ştamı koronavirus pandemiyasının tarixində "son fəsil" olacaq və xəstəlik endemik hala gələcək".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis səhiyyə naziri Tanos Pleurisla birlikdə Sotiria xəstəxanasında tibb işçiləri ilə görüşü zamanı bildirib.

"İnanıram ki, bu gün keçən illə müqayisədə, Omicronla bağlı çətinliklərə baxmayaraq, biz daha yaxşı vəziyyətdəyik. İlk növbədə ölkədə peyvəndlər var, hər on yetkin insandan səkkizi hazırda peyvənd olunur, hökumət səhiyyə sisteminin daha da gücləndirilməsinə səy göstərir. Yaxın vaxtlarda koronavirusa qarşı yeni dərmanlar olacaq və diaqnoz anından tətbiq olunacaq", deyə baş nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.