Dünya

Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı

1 Yanvar 2022 16:56
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın "Azov" alayının komandiri Denis Prokopenko "NTA" telekanalının efirində deyib.  

Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər.

"Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur", - deyə komandir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.