Dünya

İsraildə COVID-19-a qarşı hazırlanan “Paxlovid”in istifadəsinə icazə verilib

26 Dekabr 2021 21:10
0 Şərh     Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan "Paxlovid" dərmanından ölkədə istifadəsinə icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında "Paxlovid"in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.

Qeyd edək ki, "Paxlovid" yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.