Dünya

Hindistanda nadir heyvan balalarının soyuqdan qoruması üçün maraqlı addım - FOTO

24 Dekabr 2021 20:48
0 Şərh     Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın şimal-şərqindəki Kaziranqa Milli Parkında körpə heyvanların qeyri-adi soyuqdan qoruması üçün onlar yorğanlarla örtülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Parkın Reabilitasiya və Vəhşi Təbiəti Mühafizə Mərkəzinin rəhbərliyi məlumat yayıb.

Bildirilir ki, kərgədan və fil balalarına xüsusi diqqət yetirilir, onları isti geyimlə təmin edir, möhkəm iplərlə fillərə isti yorğanlar bağlanıb.

Bundan əlavə, sözügedən heyvanların balalarının soyuq qışda sağlamlıqlarının qorunması üçün vitaminlərlə zəngin qidalar verilir.

Qeyd edək ki, Kaziranqa, Assamın şimal-şərqindəki milli parkdır, nəsli kəsilməkdə olanlar da daxil olmaqla 30-dan çox məməli növünə ev sahibliyi edir. Onların arasında fil, pələng və təkbuynuzlu kərgədan balaları var. Bu heyvanlar bir vaxtlar müasir Pakistandan Myanmaya qədər meşələrdə yaşasalar da, artıq nəsilləri kəsilmək üzrədir. Hazırda bu heyvanlar yalnız bir neçə yerdə qorunub saxlanılır, əsas populyasiya isə bu milli parkda aparılır.

Kaziranqada hazırda temperatur gecələr 10 dərəcə Selsidən aşağı düşür ki, bu da tropik heyvanlar üçün qeyri-adi soyuqdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.