Dünya

60 yaşdan yuxarı insanlara koronavirusun dördüncü dozası vurulacaq

23 Dekabr 2021 10:12
0 Şərh     Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Naftali Bennett səhiyyə şurasının tövsiyəsi çərçivəsində, yaşı 60-dan yuxarı olan vətəndaşlara və tibb işçilərinə yeni növ koronavirusla mübarizədə 4-cü doza peyvəndi tətbiq etməyi tapşırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsrailin bu addımla dünyada müəyyən qruplara dördüncü doza tətbiq edən ilk ölkə ola biləcəyinə, 60 yaşdan yuxarı vətəndaşlar və risk qrupunda olan tibb işçilərinin isə peyvəndin üçüncü dozasından 4 ay sonra dördüncü dozanı vurdudacağına diqqət çəkilib.

İsrail Səhiyyə Nazirliyinin səhiyyə şurası ölkədə daha 170 nəfərdə "Omikron" variantı aşkarlandıqdan (ümumilikdə 341 nəfər) sonra müvafiq qərar verib.

Qeyd edək ki, İsraildə virusun "Omikron" variantından ölüm qeydə alınıb. Məlumata görə, 75 yaşı olan həmin şəxs peyvəndin cəmi iki dozasını vurdurub və ikinci peyvəndin üzərindən 6 aydan çox vaxt keçib.

Xatırladaq ki, İsrail koronavirusun yeni variantına görə noyabrın sonundan etibarən əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.