Dünya

İşdən çıxanda çalışdığı bankı soydu

22 Dekabr 2021 22:10
0 Şərh     Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk şəhərində Anna Qriqoryeva adlı qadın çalışdığı bankı soyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə dekabrın 6-da baş verib.

30 yaşlı qadın iş saatı başa çatandan sonra çantasına 15 milyon rubl (345 min AZN), 49 min dollar (660 min TL) və 49 min avro (750 min TL) dolduraraq işlədiyi bankdan çıxıb.

Təhlükəsizlik kameraları vasitəsilə bankın öz işçisi tərəfindən soyulduğu aşkarlandıqdan sonra, görüntülər polisə təqdim edilib. Ümumilikdə yarım milyon manatdan çox pul oğurlayan qadının ölkədən çıxışına qadağa qoyulmaqla, Annanın axtarışlarına başlanılıb.

Prosesin davamında Anna ilə əlbir olmaqda şübhəli bilinən əri də saxlanılıb. Anası isə qızına zəng edərək təslim olmasını istəyib. Anasının təzyiqlərinə dözə bilməyən qadın, olduğu ünvanı deyib və 15 gün sonra polis tərəfindən saxlanılıb.

Polis evdə axtarış zamanı cəmi 33 min (759 manat) rubl tapıb. Qadın pulları xərclədiyini desə də, bu, hüquq-mühafizə orqanı əməkdaşlarına inandırıcı gəlməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.