Dünya

Britaniyada Yeni il bayramı ləğv edilir

20 Dekabr 2021 21:30
1 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olduğu Böyük Britaniyada pandemiyanın başlanmasından bəri ən çox yoluxma halı ardıcıl iki gün ərzində müşahidə olunub. Cümə axşamı günü yoluxma sayı 88,376-ya yüksəlib.

Milli.Az xəbər verir ki, Britaniyanın baş tibb müşaviri professor Kris Vitti açıqlamasında Omikron variantının inanılmaz dərəcədə sürətlə yayıldığını, lakin gücləndirici peyvəndlər sayəsində potensialını tez itirdiyini söyləyib.

Baş nazir Boris Conson da ictimaiyyəti diqqətli olmağa çağırıb. Bununla belə, o, yeni bağlanma və ya komendant saatı ilə bağlı qərar verməyəcəklərini deyib.

Kraliça II Yelizaveta da Omikron variantının sürətlə yayılmasına qarşı tədbir olaraq ənənəvi illik Milad öncəsi naharını ləğv etdiyini açıqlayıb.

Açıqlamalarda sürətli yayılmanı dayandırmaq üçün kritik əhəmiyyətli gücləndirici proqramın gözlənildiyi bildirilib.

Ötən həftə İngiltərədə "B Planı" adlı evdən işləməyi təşviq etmək, sosial məsafəni qorumaq və qapalı ərazilərdə maska tələbi kimi qaydalar tətbiq edilib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.