Dünya

CAR-da koronavirusa yoluxma sayı azalır

16 Dekabr 2021 23:51
0 Şərh     Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikasında (CAR) son 24 saatda koronavirusa yoluxanların sayı 24 785, bir gün əvvəl isə 26 976 nəfər qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.

Ən çox yoluxma sayı paytaxt Qautenq əyalətində müşahidə edilir - 8,021. Bu rəqəm ölkədəki yoluxma hallarının 33,6%-ni təşkil edir.

İkinci yerdə KvaZulu-Natal əyaləti (5,821 nəfər) qərarlaşıb.

Qeyd edək ki, son dörd həftə ərzində CARDA yoluxanların böyük əksəriyyəti Omicron ştamına yoluxub.

Yoluxma diaqnozu ilə xəstəxanalara 347 nəfər müraciət edib, bir gün əvvəl isə bu rəqəm 620 olub.

Xəstəxanaya yerləşdirilənlərin ümumi sayı 7614 nəfərdir. onlardan 36 nəfəri ölüb, bir gün əvvəl isə 54 xəstənin öldüyü bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.