Dünya

Saakaşvilini psixiatr müayinə edəcək = Həkim

11 Dekabr 2021 19:31
0 Şərh     Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti psixiatr tərəfindən qiymətləndiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya jurnalistlərə məlumat verib.

"Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Çünki biz konkret araşdırma aparmalıyıq", - Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.

Saakaşvilinin qohumları və dostları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, ona böyük dozada psixotrop iynələr vurulduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.