Dünya

"Omikron"a görə Danimarka məktəblərində tətil 1 aya yaxın davam edəcək

9 Dekabr 2021 08:48
0 Şərh     Baxış: 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkanın ümumtəhsil məktəblərində Milad tətilləri koronavirusa yoluxmanın artması səbəbindən bir aya yaxın davam edəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblilər dekabrın 15-dən yanvarın 4-dək tətildə olacaqlar.

Dekabrın 10-dan Danimarkada gecə klubları və diskotekalar bağlanacaq. 50-dən çox insanın iştirakı ilə konsertlər və kütləvi tədbirlər keçirilməyəcək, restoranlara qoruyucu maskalarla gəlmək məcburi olacaq.

Hökumət həm özəl, həm də dövlət müəssisələrinə işçilərin məsafədən işləməsini tövsiyə edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusun "omikron" ştamına 577 yoluxma qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.