Dünya

Akardan F-35 mesajı: Tarixi açıqladı

5 Dekabr 2021 04:35
0 Şərh     Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

F-35 problemi ilə bağlı ikinci iclas 2022-ci ilin əvvəllərində ABŞ-da baş tutacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, ABŞ-dan F-35 qırıcılarının boşluğunu doldurmaq üçün "Blok 70" adlanan "Viper"lər istədik:

"Bir il ərzində bunun üzərində texniki işlər gördük. Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqindən sonra lazımi çalışmalara başladıq. Qarşı tərəfə tələblərimizi göndərdik və prosesi izləyirik. Həm 40 ədəd "Blok 70" təyyarələrinin tədarükü, həm də əlimizdə olan F-16-ların modernləşdirilməsi məsələsini qaldırdıq. F-35 problemi ilə bağlı ikinci iclas 2022-ci ilin əvvəllərində ABŞ-da keçiriləcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.