Dünya

Böyük Britaniyada koronavirus peyvəndinin üçüncü dozasının tətbiqi sürətləndirilib

1 Dekabr 2021 20:59
1 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada koronavirusun yeni variantının (omikron) yayılmasından sonra peyvəndin üçüncü dozasının tətbiqini sürətləndirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin qərarına əsasən, 18 yaşdan yuxarı olan hər kəs üçüncü doza peyvənd ola biləcək.

Vaksinlərin ikinci və üçüncü dozaları arasındakı interval altı aydan üç aya endiriləcək. 12-15 yaş arası uşaqlar üçün bu müddət dəyişməyəcək.

İmmunitet sistemi zəif olan insanlar da peyvəndin dördüncü dozasını qəbul edə bilərlər.

Bildirilib ki, peyvəndlərin üçüncü dozası Pfizer-Biontech və ya Moderna olmalıdır.

Böyük Britaniyanın səhiyyə naziri Səcid Cavid, yeni variantın peyvənd proqramında əldə edilən irəliləyişin yavaşlamasına səbəb olacağını bildirib.

Britaniyada bu vaxtadək 11 nəfərdə "omikron" variantına rast gəlinib.

Həmçinin ölkədə 50 milyondan çox insan birinci doza, 46 milyon insan isə iki doza peyvənd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.