“Məni izləyirlər” demişdi: Gənc qadın oteldə ölü tapıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyadan İstanbula tətilə gələn 24 yaşlı Başak Şlosser otel otağında ölü tapılıb.
Milli.Az xəbər verir ki, hadisə aprelin 23-də Fatihin Muhsine Xatun məhəlləsində yerləşən otellərdən birində baş verib. Məlumata görə, otel əməkdaşları gənc qadınla əlaqə saxlaya bilmədikdən sonra polis və təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn tibb işçiləri Şlosseri otaqda huşsuz vəziyyətdə tapıb və onun həyatını itirdiyini müəyyən ediblər.
Cəsəd ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. İlkin ekspertiza nəticələrinə əsasən, bədəndə zorakılıq və ya döyülmə izləri aşkarlanmayıb.
Araşdırmalar çərçivəsində saxlanılan beş nəfər şübhəli dindirildikdən sonra sərbəst buraxılıb. Bununla yanaşı, otelin təhlükəsizlik kameralarına aid təxminən 9 saatlıq görüntülərin yoxa çıxması istintaqı daha da dərinləşdirib.
İstintaq zamanı ortaya çıxan digər məqam isə şübhələri artırıb. Belə ki, Başak Şlosserin hadisədən əvvəl "məni izləyirlər" deyərək bir mağazaya girib və oradan kömək istəyib. Həmin anlar mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
.png)
Faktla bağlı araşdırmalar davam edir.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Moskvada güclü YANĞIN: 7 nəfər ölüb - YENİLƏNİB
-
Verilişi bağlanan Elgiz belə görüntüləndi
-
Narkoterrorçular onun öldürülməsi üçün mükafat təyin edib
-
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir?
-
Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO
-
Bakıda yeni metro stansiyası AÇILIR? - RƏSMİ
-
Azərbaycan Yazıçılar Birliyinin üzvü Türkiyədə vəfat ETDİ
-
“Telegram” bir gündə 105 mindən çox kanal və qrupu blokladı
-
“Sazın səsi, sözün nəfəsi” layihəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr edilib - FOTO
-
"Qadın Xalq artistlərinin biabırçı söyüşlərini özüm EŞİTMİŞƏM"
-
Qız atasını tanımadan onunla romantik münasibət qurdu
-
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO
-
Hörmüz boğazını görün kim yardı: Yarım milyonluq yaxtası ilə
-
NBA mövsümün ən yaxşı gənc oyunçusunu açıqladı
-
Tanınmış aktyorun əvvəlki peşəsi üzə çıxdı - FOTO
-
Azərbaycanla Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş təsdiq edilib
-
Qvineyada “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş təsdiq olunub
-
İqtisadiyyat Nazirliyinə və "ASAN Xidmət"ə yeni səlahiyyət verildi
-
Toğrul Əliyev rəis təyin edildi
-
Prezident onları təltif etdi
-
Bu rayonlarda yollar və körpülər bərpa olunacaq
-
Tanınmış meyxanaçının toyu oldu - VİDEO
-
ADY bu tarixlərdə reyslərə əlavə qatarlar buraxacaq
-
“Məni izləyirlər” demişdi: Gənc qadın oteldə ölü tapıldı - FOTO





