İdman

NBA mövsümün ən yaxşı gənc oyunçusunu açıqladı

28 Aprel 2026 14:12
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli Basketbol Assosiasiyası(NBA) 2025/26 mövsümünün ən yaxşı gənc basketbolçusunu açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mükafat Kuper Fleqə qismət olub.

"Dallas Maveriks"in 19 yaşlı hücumçusu mövsüm ərzində 70 oyunda iştirak edib. O, hər matçda orta hesabla 21 xal toplayıb, 6,7 ribaund və 4,5 məhsuldar ötürmə ilə yadda qalıb.

Səsvermədə ikinci yeri "Şarlotta Hornets"in müdafiəçisi Kon Knueppel tutub (18,5 xal, 5,3 ribaund, 3,4 ötürmə, 81 oyun). Üçüncü pillədə isə "Filadelfiya"nın oyunçusu Edqekombe qərarlaşıb (16 xal, 5,6 ribaund, 4,2 ötürmə, 75 oyun).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.