Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Milli.Az xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında Yunusemre rayonundakı evində baş verib. Elektrik cərəyanının vurması nəticəsində ağır yaralanan Zeyrek reanimasiyaya yerləşdirilib.
Səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında bu sözləri paylaşıb:
"Qəza səbəbilə xəstəxanaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi. Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə başsağlığı veririk" .
Fidan
Milli.Az