Texnologiya

"ChatGPT" çökdü

10 İyun 2025 16:23
Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süni intellekt proqramı "ChatGPT"nin işində nasazlıq yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə populyar "Downdetector" xidmətinin saytında dərc olunub.

Qeyd olunur ki, "ChatGPT"nin işində Bakı vaxtı ilə 10:40-da problemlər yaşanmağa başlayıb və günortaya doğru şikayətlərin sayı kəskin şəkildə artıb.

Nasazlıq haqqında şikayət əsasən Niderlanddan, Böyük Britaniyadan və Yaponiyadan daxil olub.

Həmçinin, ABŞ, Fransa, Avstraliya, Kanada, Braziliya, Meksika, Hindistan və digər ölkələrdə də "ChatGPT"nin işində problemlərin yaşandığı qeyd olunur.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.