İdman

Angelinodan tarixi imza - Fantastik məbləğ qazanacaq

10 İyun 2025 15:15
Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabiq "Qalatasaray"lı Ancelino karyerasının ən gəlirli müqaviləsinə imza atmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, ispan müdafiəçi Səudiyyə Ərəbistanının nəhəng klubu Əl Hilal ilə rekord dəyərdə razılığa gəlib.

"Əl Hilal" klubu "Roma"nın 28 yaşlı sol cinah müdafiəçisi Ancelino üçün 25 milyon avro ödəyəcək. Futbolçunun isə illik 22 milyon avro maaş alacağı bildirilir. Müqavilə demək olar ki, tamamlanıb və yalnız tibbi müayinədən keçmək qalır.

Qeyd edək ki, Ancelino bu mövsüm "Roma"nın heyətində 51 oyunda meydana çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl "Qalatasaray"da 19 oyun keçirən futbolçu, 1 qol və 1 assistlə çıxışını tamamlamışdı.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.