Şou-biznes

Çəkisi 29 kiloqrama düşən fenomen reanimasiyaya yerləşdirildi

10 İyun 2025 18:00
Baxış: 1 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ilin noyabrında çirkli pulların yuyulması və dələduzluq ittihamı ilə həbs edilən və "Candan bacıları" kimi tanınan fenomenlərdən biri Nihal Candan səhhətindəki ağırlaşmalar səbəbilə yenidən reanimasiyaya aparılıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, həbsdə olduğu müddətdə Anoreksiya Nervoza diaqnozu qoyulan və çəkisi 29 kiloqramadək enən Candan son aylarda səhhətinə görə evə buraxılsa da, müalicəyə müqavimət göstərməkdə davam edib. Dünən axşam isə o, yenidən reanimasiyaya yerləşdirilib.

Ailəsi və vəkillərinin səyləri nəticəsində müvəqqəti olaraq evə buraxılan Candanın müalicə üçün xəstəxanaya köçürülməsi planlaşdırılsa da, psixoloji gərginlik və ruh düşkünlüyü səbəbilə o, prosedurlara qoşulmaqdan imtina edib. 

Bacısı Bahar Candan sosial media hesabından verdiyi açıqlamada vəziyyətin ciddiliyinə diqqət çəkərək paylaşım edib:

"Bacımın orqanlarında uğursuzluq olub. Müalicədən imtina edir. Ölmək istəyir."

Məşhur fenomenin həyatı uğrunda mübarizə davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.