Hadisə

Goranboyda uzunqulaq zəncirvari qəzaya səbəb oldu - FOTO

14 Dekabr 2025 21:50
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Bakı Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil qarşısına çıxan uzunqullağı vurub. Qəzadan sonra uzunqullaq yenidən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman "Mercedes" markalı minik maşını onu vurub. Uzunqullaq hadisə yerində tələf olub. Bundan sonra qəzanı görən "KİA" markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santefe " markalı minik maşını "KİA" ilə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.