Ölkə

Məşhur tiktoker həbs olundu

14 Dekabr 2025 22:03
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tiktoker Nahid Nəsirovun məhkəməsi keçirilib.

Milli.Az Qanunla.az-a istinadən xəbər verir ki, Nərimanov Məhkəməsinin hakimi Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə tiktoker barəsində qərar qəbuk edilib.

Qərara əsasən, Nahid Nəsirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiyasında 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Tiktoker Nahid Nəsirov barəsində olan şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun etdiyi qanunazidd hərəkətlərlə bağlı araşdırma aparılır.

Xəbəri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.