Hadisə

Qaradağda zəncirvari qəza tıxaca səbəb oldu

14 Dekabr 2025 22:40
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə "KİA Sportage", "Range Rover", "Changan", "Volkswagen" və "BMW" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.