ABŞ-nin Kaliforniya ştatının sakinləri qanadları futbol meydançasının uzunluğundan böyük olan nəhəng "Stratolaunch Roc" təyyarəsinin uçuşunun şahidi olublar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hava gəmisi bir-birinə birləşdirilmiş iki gövdəyə bənzəyən unikal dizayna malikdir. Təyyarənin qanadlarının uzunluğu 117 metrdir, altı "Boeing 747" mühərriki ilə təchiz olunub və uçuş çəkisi 590 tondur.
Mütəxəssislər qeyd edirlər ki, bu, nəhəng laynerin ilk uçuşu deyil. Əvvəllər "Stratolaunch Roc"un bir neçə dəfə sınaq uçuşları həyata keçirilib.
Milli.Az





