Ölkə

Seysmoloqdan Azərbaycanla bağlı bədbin proqnoz: Zəlzələ olacaq - balı açıqladı - VİDEO

10 İyun 2025 22:16
Baxış: 5 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda seysmik və tektonik aktivlik artıb.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, ölkə ərazisində son 1 həftə ərzində ard-arda baş verən yeraltı təkanlardan sonra dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, o, qeyd edib ki, ümumilikdə, dünyada seysmik aktivlik artır və Azərbaycan da bundan kənarda qalmır.

Qulam Babayev həmçinin vurğulayıb ki, qonşu ölkələr- Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitlik gözləmək olmaz. O əlavə edib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlarda görür.

Qulam Babayev onu da əlavə edb ki, seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu, dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir.

Videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.