Şou-biznes

Azərbaycanla bağlı bu sual 300 min qazandırdı - VİDEO

10 İyun 2025 16:46
Baxış: 1 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktyor Oktay Kaynarcanın aparıcısı olduğu "Kim milyoner olmak ister?" verilişində Azərbaycanla bağlı daha bir sual verilib.

Milli.Az xəbər verir ki, verilişdə dilimizdəki suiti sözünün Türkiyə türkcəsində qarşılığı soruşulub.

Yarış iştirakçısı Mustafa Civelek bunun "fok" olduğunu deyərək sualı düzgün cavablandırıb.

Qeyd edək ki, yarışmaçı proqramda 300 min TL-lik (12 990 manat) 10-cu sualın cavabını doğru tapmaqla həmin məbləği qazanıb. Daha sonra o, 500 min TL (21 650 manat) qazandıran 11-ci sualın cavabını doğru təxmin etsə də, yarışmadan 300 min TL ilə ayrılmağı seçib.

Xatırladaq ki, ümumilikdə verilişdə 13 sual yer alır.

Verilişdən sözügedən hissəni təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.