Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22:50
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.
Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
K. Avanesyan hazırda həkim nəzarətindədir.
--------
22:22
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini Avanesyan Karen Albertoviçin açdığı atəş nəticəsində xəsarət alan polis əməkdaşı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Milli.Az-ın Teleqraf-a istinadən xəbərinə görə, yaralı polis ilk olaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb, daha sonra paytaxda yerləşən xəstəxanalardan birinə göndərilib.
-------------
17:01
2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Hər həftə bir ev alırdıq”
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
-
Fransadan sonra İtaliya da qarışdı: Milanda kütləvi iğtişaşlar
-
Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə - (Video)
-
Bakıda uşağın burnundan 2 il sonra gilas tumu çıxarıldı - (Video)
-
Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)
-
DYP sürücülərə müraciət etdi
-
Bu şəxslərin maaşları artacaq - (Video)
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Orxan Şabanovun ölümünə görə 2 nəfər həbs edildi
-
Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"
-
Neft yenidən ucuzlaşdı
-
Paytaxtın 15 küçəsində tıxac var
-
Bakının bu ərazisində işıq olmayacaq
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə





