DYP sürücülərə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
"Güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsini çətinləşdirə, xüsusilə iri qabaritli nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər.
Bu səbəbdən sürücülərə sürət həddini mövcud hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinməyi tövsiyə edirik. Eyni zamanda, nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamaq vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.
Unutmayaq ki, əlverişsiz hava şəraitində təhlükəsizliyin əsas şərti ehtiyatlı və məsuliyyətli davranışdır!", - deyə qurumdan əlavə edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)
-
Zeytun Festivalının konsert proqramı açıqlanıb
-
Tyerri Anri: "Arda Gülər sadəcə dahidir”
-
Hərbçimiz ürəyindən əməliyyat olundu - (Video)
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək
-
Fransadan sonra İtaliya da qarışdı: Milanda kütləvi iğtişaşlar
-
Xırdalanda tıxac problemini həll edəcək iki yeni layihə - (Video)
-
Bakıda uşağın burnundan 2 il sonra gilas tumu çıxarıldı - (Video)
-
Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)
-
DYP sürücülərə müraciət etdi
-
Bu şəxslərin maaşları artacaq - (Video)
-
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
-
Orxan Şabanovun ölümünə görə 2 nəfər həbs edildi
-
Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"
-
Neft yenidən ucuzlaşdı
-
Paytaxtın 15 küçəsində tıxac var
-
Bakının bu ərazisində işıq olmayacaq
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)





