Rusiya

Rusiyada həyat yoldaşlarına kömək etmək üçün kişilərə məzuniyyət veriləcək

15 Sentyabr 2025 15:35
Baxış: 347
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada hamilə həyat yoldaşlarına kömək etmək üçün kişilərə beş günə qədər ödənişli məzuniyyət verilməsi təklif edilib.

Milli.Az xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikovaya müvafiq müraciət göndərilib.

Məzuniyyətin həyat yoldaşının hamiləliyinin 30-cu həftəsindən etibarən verilə biləcəyi vurğulanır. Müraciət müəlliflərinin fikrincə, belə bir tədbir məsuliyyətli ata olmağa şərait yaradacaq və hamiləlik dövründə qadınlarda stress səviyyəsini azaldacaq.

"Belə bir tədbir kişilərin ailə həyatında fəal iştirakını təşviq etməyə, ailə dəyərlərini gücləndirməyə və "Ailə" milli layihəsinin məqsədlərinə nail olmağa kömək edəcək", - RİA Novosti Mironovun sözlərini sitat gətirir.

Lantratova vurğulayıb ki, doğum səviyyəsinin aşağı düşməsi şəraitində ailələrə daha çox dəstək göstərilməlidir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.