Dünya

Son 3 ayın ən güclü maqnit qasırğası başladı

15 Sentyabr 2025 16:13
Baxış: 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası başlayıb.

Milli.Az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından verilən məlumata görə Yer üzündə G3 səviyyəsinə yaxın güclü maqnit qasırğası müşahidə olunur.

Alimlərin sözlərinə görə bu hadisə Günəş küləyinin sürətinin artması və Yerin böyük koronal dəliyin təsir zonasında yerləşməsi ilə bağlıdır. Qasırğa əvvəlcədən proqnozlaşdırılsa da, onun real gücü gözləniləndən daha yüksək olub.

Sonuncu dəfə buna bənzər güclü maqnit qasırğası iyunun 1-2-də qeydə alınmışdı. Mütəxəssislər vəziyyətin yalnız cümə axşamı, cümə günü stabilləşəcəyini bildirirlər.

Sentyabrda artıq 3 maqnit qasırğası müşahidə olunub ki, bu da avqust ayı ilə müqayisədə 10 dəfə çoxdur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.