40 manata aldığı boş kompüter korpusundan sərvət çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropadakı bir onlayn auksion saytından cəmi 20 avroya (təxminən 40 manata ) "boş" kompüter korpusu alan bir istifadəçi, məhsul əlində çatdıqdan sonra həyatının ən böyük sürprizini yaşayıb. Korpusun içindən üst səviyyə komponentlərlə təchiz olunmuş, təxminən 12 400 manat dəyərində tam funksional sistem çıxıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ikinci əl məhsullar arasında gəzən istifadəçi, Fractal Design firmasının iri ölçülü bir kompüter korpusu elanını görüb. Onun yalnız "boş korpus" olduğu qeyd edilmişdi. İstədiyi ölçüdə korpus tapdığına sevinən alıcı, tərəddüd etmədən təklifi qəbul edir və 20 avroya məhsulu satın alır.
Məhsul gəldikdə ilk baxışda hər şey normal görünürdü. Ancaq korpusu açdıqda alıcı tamamilə başqa mənzərə ilə qarşılaşır - içəridə yüksək performanslı oyunları və peşəkar proqramları işlədə biləcək tam avadanlıqlı sistem quraşdırılmışdı.
Sistemin içindən çıxan komponentlər arasında:
AMD markalı yüksək səviyyəli prosessor,
256 GB RAM,
güclü ekran kartı,
sürətli yaddaş vahidi,
peşəkar səviyyəli maye soyutma sistemi olub.
Bütün bu hissələr bir araya gətirilərək peşəkar iş stansiyası şəklində hazırlanıbmış.
Mütəxəssislər bu sistemin yalnız bir neçə il əvvəl, 2024-cü ilin sonunda təxminən 8 min dollara satıldığını bildirirlər. Hazırkı məzənnə və avadanlıq qiymətləri nəzərə alındığında, kompüterin ümumi dəyəri 12 400 manatı keçir.
Məsələn, sistemdəki prosessorun çıxış qiyməti təxminən 1.400 avro, ekran kartının isə 1.089 avro olub. Satın alınan korpusun özü isə normalda təxminən 200 avroya satılır.
Bu qədər dəyərli sistemin sadəcə "boş korpus" kimi siyahıya salınması isə ən çox maraq doğuran məqam olub. Dəqiq səbəb açıqlanmasa da, ehtimal olunur ki, bu avadanlıq ya hər hansı bir şirkətin inventarında unudulub, ya da ləğv edilən layihədən sonra utilizasiya üçün ayrılıb. Auksion saytlarında satıcıların məhsullar barədə tam məlumata malik olmaması isə bəzən bu cür gözlənilməz tapıntılara yol aça bilir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
Elşad Xosedən yeni xəbər var
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





