Ölkə

Səhər saatlarında avtobuslar niyə gözə dəyməyib?

15 Sentyabr 2025 15:24
Baxış: 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün səhər saatlarında 20-ci Sahədən Azneft dairəsi və əks istiqamətdə hərəkət etməli olan 5 nömrəli xətt avtobuslarının xətdən çıxdığı iddia olunub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Qeyd olunub ki, 20-ci Sahə adlanan ərazidəki və Əl Oyunları Sarayının qarşısındakı dayanacaqlarda saat 7:35-8:50 aralığında 5 nömrəli xətt avtobusları gözə dəyməyib. Nəticədə sərnişinlər yolda qalıblar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sözügedən ərazidən 5 və 6 nömrəli avtobuslar keçir.

"Öncədən verdiyimiz məlumatda da qeyd etdiyimiz kimi, 20-ci Sahədən 5, Salyan şosesindən 6 nömrəli xətt avtobusları hərəkət edir. Hər iki marşrut üzrə beş avtobus fəaliyyət göstərib.

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edir.

6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edir", - deyə T.Orucov bildirib.

Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı AYNA tərəfindən məlumat verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.