Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də keçirilən "Hərtərəfli təhlükəsizlik və qarşıdurma - 2025" beynəlxalq konfransında Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəblərini açıqlayıb.
Milli.Az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistanın ərazi bütövlüyünü beynəlxalq müstəvidə təsdiqləmək üçün Azərbaycanın ərazi bütövlüyünün tanınması qaçılmaz idi:
"Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım. Sadəcə olaraq, başqa yol yox idi", - deyə o vurğulayıb.
O, əlavə edib ki, 8 avqustda Vaşinqtonda paraflanan sülh sazişi Ermənistanın təhlükəsizliyinin legitimliyini əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə bu sənəd tərəflər arasında ratifikasiya edilən və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq müqavilədir.
Fidan
Milli.Az