Şou-biznes

Efirdə göz yaşları "sel oldu" - VİDEO

10 İyun 2025 19:44
Baxış: 1 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rahidə Baxışova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Milli.Az xəbər verir ki, övladlarından danışan sənətçi duyğu selinə qapılıb.

Göz yaşlarına hakim ola bilməyən Baxışova yaşadığı çətinlərdən danışıb:

"Yaxşı ki, siz mənim balalarımsınız. Övlad çox həssas mövzudur. Bir zaman, çox özünə qapanan dönəmimdə idim. Qızım dedi ki, sən ağlayırsan. Ana da ağlayar? O sözdən sonra özümü toparlayıb, göz yaşlarımı sildim ki, övladlarımın qarşısında axmasın. Çünki onların məndən başqa kimsəsi yoxdur.

Qadın məcburiyyət qarşısında qalanda güclü olur. Heç bir qadın güclü olmağı seçməz, xoşbəxt olmaq istəyər. Mən uşaq yaşlarımdan güclü olmağa alışmışam. Elə məqamlar olur ki, özüm öz qarşımda yıxılıram. Məcburən olsa da, ayağa qalxıram ki, yıxılmayacağam. Hansı ruh halında oluramsa, başqa yolum yoxdur".

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.