İdman

“Son iki yoxlama oyunundan razı qaldım”

10 İyun 2025 22:53
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son iki yoxlama oyunundan razı qaldım".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib:

"Oyuna yaxşı başlamadıq. Bunun nəticəsində qapımızda erkən qol gördük. Dərhal cavab qolunu vursaq da, rəqib növbəti dəfə fərqlənməyi bacardı. İkinci hissə bizim üçün daha çətin keçdi. Daha çox top itkilərinə yol verirdik. Bərabərlik qolunu vuracağımıza çox inanırdıq. Təəssüf ki, bəzi futbolçularımızda yorğunluq hiss olunurdu. Ümumi götürsək, son iki yoxlama oyunundan razı qaldım".

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.