"Xamenei xəstə bir adamdır, İrana yeni rəhbərlik lazımdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlar zamanı baş verən itkilərə görə onu günahlandıran Ayətullah Əli Xameneiyə kəskin etiraz edib. Tramp Xameneini hədəf alaraq bildirib ki, İranın artıq "yeni bir liderliyə" ehtiyacı var.
Milli.Az xəbər verir ki, "Politico" nəşrinə müsahibə verən Tramp Xameneinin ittihamlarını rədd edərək onun haqqında ağır ifadələr işlədib.
Tramp bildirib ki, ölkədəki zorakılığın əsl səbəbkarı Xameneinin özüdür.
"Xamenei xəstə bir adamdır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. İran pis rəhbərlik ucbatından dünyanın yaşamaq üçün ən pis ölkələrindən birinə çevrilib", - deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İran rəhbərliyini ölkəni dağıtmaqda ittiham edib. O, qeyd edib ki, bir ölkə lideri olaraq Xamenei "əvvəllər görünməmiş səviyyədə zorakılıq tətbiq etməkdə" günahkardır.
Bu qarşılıqlı söz savaşı Xameneinin bir neçə saat əvvəl etdiyi çıxışdan sonra başlayıb. Xamenei etirazlarda minlərlə insanın öldüyünü etiraf etsə də, buna görə birbaşa ABŞ və İsraili, xüsusən də Donald Trampı günahlandırmışdı.
Trampın çıxışında ən diqqət çəkən məqam İranın mövcud idarəetmə sisteminin dəyişməli olduğunu bildirməsidir. O, liderliyin qorxu və ölüm yox, hörmət üzərində qurulmalı olduğunu qeyd edib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bu halda avtomobiliniz birbaşa duracağa aparılacaq
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
-
Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri - İlk dəfə açıqladı
-
Əməkdar artist: “Heç kimi rəqib hesab etmirəm”
-
Bakıya 3 gün leysan yağacaq
-
Keçmiş islandiyalı futbolçu 37 yaşında öldü
-
12 il həbs cəzası almış Vilyam Hacıyev niyə vaxtından əvvəl azad edildi?
-
80 kilodan 45 kiloya düşən Nigar İbrahimova arıqlama sirrini açıqladı (Video)
-
"Həmin şəxs evli olsa da, aparıcının anası ilə qeyri-rəsmi münasibət yaşayıb, ev də onun imiş"
-
Gürcüstanda saxlanılan türkiyəli azarkeşlər azadlığa buraxıldı - (Video)
-
"50-100 manata diplom veririlər"
-
9 min mobil telefonu olan Bakı sakini (Video)
-
42 yaşlı rəis qəfil öldü
-
Aysun İsmayılova: "Əsl sevgini yaşadacaq bəy olsa, sənətdən gedərəm"
-
Bayramda neçə gün evdə olacağıq? - Tarixlər
-
Bakıda piyada keçidi nişanı bir həftədir tərsinədir
-
Azərbaycanda Xiaomi 18 Pro və Xiaomi 18 Pro Max modellərinin satışına başlanılır - (Foto)
-
Qəbir daşını kreditlə qoymaq günahdırmı?
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)





