Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Qrenlandiya böhranı fonunda Avropa ölkələrinə qarşı elan etdiyi tarif təhdidlərinə sərt reaksiya verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Emmanuel Makron sosial media hesabında ABŞ-nin bu addımını "qəbuledilməz" adlandırıb.
Fransa lideri vurğulayıb ki, Avropa ölkələri öz suverenliklərini qorumaqda qərarlıdırlar:
"Əgər bu təhdidlər təsdiqlənərsə, avropalılar vahid və əlaqələndirilmiş şəkildə cavab verəcəklər".
Xatırladaq ki, Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar fevralın 1-dən etibarən Danimarka, Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveçə 10% tarif tətbiq olunacağını elan etmişdi. O, həmçinin xəbərdarlıq edib ki, əgər Vaşinqtonun adanı satın alması ilə bağlı razılıq əldə olunmasa, rüsumlar 1 iyun 2026-cı il tarixindən 25%-ə qədər artırılacaq.
Milli.Az





