İdman

İngiltərə Premyer Liqası: "Çelsi" qələbə qazanıb, "Liverpul" və "Arsenal" xal itirib

18 Yanvar 2026 00:15
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasında XXII turun bir neçə oyunu başa çatıb.

Milli.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Mançester Yunayted" doğma meydanda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.

Digər oyunlarda "Çelsi" evdə "Brentford" üzərində 2:0 hesablı qələbə qazanıb. "Lids" minimal hesabla "Fulhem"i məğlub edib - 1:0.

"Enfild"də keçirilən görüşdə "Liverpul" və "Bernli" qalibi müəyyən edə bilməyiblər - 1:1.

Səfərdə oynayan "Sanderlend" "Kristal Pelas" üzərində 2:1 hesablı qələbə əldə edib. London derbisində isə "Vest Hem" evdə "Tottenhem"i 2:1 hesabı ilə üstələyib.

Günün son qarşılaşması da qolsuz yekunlaşıb - "Nottingem Forest" - "Arsenal" - 0:0.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.