Türkiyədə bələdiyyə sədri faciəvi şəkildə öldü

10 İyun 2025 09:27

Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə iyunun 6-da axşam saatlarında Yunusemre rayonundakı evində baş verib. Elektrik cərəyanının vurması nəticəsində ağır yaralanan Zeyrek reanimasiyaya yerləşdirilib.

Səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında bu sözləri paylaşıb:

"Qəza səbəbilə xəstəxanaya yerləşdirilən Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrek bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirdi. Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə başsağlığı veririk" .

Fidan
Milli.Az