Rusiya

“Üç kiçik xuliqan” – Lavrov hansı ölkələri nəzərdə tutur?

10 İyun 2025 23:47
Baxış: 1 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviya, Litva və Estoniyanın xarici siyasətindən danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkələri Rusiya və Belarusa qarşı qoyan "böyük xuliqanlar" tərəfindən manipulyasiya edilən üç "kiçik xuliqan" adlandırıb.

Milli.Az xəbər verir ki, Lavrov uşaqlıq xatirələri ilə bənzətmə apararaq Baltikyanı ölkələrdəki vəziyyəti təsvir edib.

"Dərsdən sonra həyətə oyun oynamaq üçün çıxanda və bu kimi üç kiçik xuliqan peyda olur.... Onları öz yerinə oturtmağa başlayanda bu kiçikləri idarə edən "böyük xuliqanlar" gəlir", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Lavrovun sözlərinə görə, Latviya, Estoniya və Litvanı manipulyasiya etmək məqsədi Rusiya və onun müttəfiqlərini, o cümlədən Belarusu zəiflətmək üçün daimi cəhdlərdir. O vurğulayıb ki, bu ölkələr müstəqil siyasi oyunçular deyil, marionet rolunda çıxış edirlər. (Publika.az)

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.