Ölkə

Zəhərlənərək öldüyü iddia edilən qızın vəfat səbəbi məlum oldu - YENİLƏNİB

10 İyun 2025 16:38
Baxış: 4 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:38

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu. 

Qida Təhlükəsizliyi Agentliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

"Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər", - Agentlikdən bildirilib.

****

Bakıda qıcolmadan ölən qızın kimliyi məlum olub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, iyunun 7-də 20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bildirilib ki, dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mediada yayılan bəzi məlumatlarda 20 yaşlı Dərya Namiz qızı Ağayevanın ölüm səbəbi kimi qarpızdan zəhərlənmə faktı göstərilib.

14:20

Xəbər verdiyimiz kimi, Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Hadisə iyunun 7-si saat 5 radələrində baş verib. Belə ki, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Xatırladaq ki, yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.