Türkiyə

Fatih Altaylı haqda həbs qərarı verildi

20 Dekabr 2024 08:00
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı barəsində həbs qərarı çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Altaylı "xalqı düşmənçiliyə təhrik etmək və onu alçaltmaq" maddəsi üzrə təqsirli bilinib və ona 2 il 3 ay azadlıqdan məhrum edilmə cəzası təyin olunub.

Həmçinin onun yenidən xaricə çıxışına qadağa qoyulub.

Xatırladaq ki, jurnalist barəsində yanvar ayında sosial şəbəkələrdə etdiyi paylaşımlara görə araşdırma başladılıb. O, bəzi paylaşımlarında "cinayəti və cinayətkarı tərif etmək" və "xalqın bir hissəsini nifrət və düşmənçiliyə təhrik etmək və alçaltmaq" ittihamları ilə şübhəli bilinib.

Hakim qarşısına çıxdıqdan sonra Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb. Lakin avqust ayında bu qadağa ləğv edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.